#Futbol

"Qarabağ"ın Kipr klubu ilə hər iki matçının hakimləri bəlli olub

Jul 30, 19:41 / Mənbə: Report.az

"Qarabağ"ın Kiprin AEL klubuna qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində hər iki oyunu üçün təyinatlar açıqlanıb.

"Report"un məlumatına görə, Larnaka şəhərindəki ilk qarşılaşma İsveçdən olan hakimlər briqadasına həvalə edilib.

Matçın referisi Qlenn Nyuberqə yan xətt hakimləri Mahbod Beygi, Andreas Söderkvist yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Boyan Panciç yerinə yetirəcək.

Cavab matçına isə estoniyalı hakimlər təyinat alıblar. Görüşü Kristo Tover idarə edəcək. Laysmanlar Silver Koyv, Step Klaasen, dördüncü hakim isə Karl Koppel olacaq.

Qeyd edək ki, "Qarabağ" ilk oyununu avqustun 5-də "AEK Arena"da keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq cavab matçının başlama saatı isə 20:00-dır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.