#Mədəniyyət-siyasəti

Reza Deqatinin 100 fotosu Bakıda sərgilənib

Jul 31, 20:36 / Mənbə: Report.az

Heydər Əliyev Mərkəzinin önündə “Fotoların tarixi” adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib.

Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyət nümayəndələri və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, fotoları ilə ölkənin qədim mədəniyyətinə, üzləşdiyi çətin məqamlara və 1987-ci ildən sonrakı təkamülünə yaxından şahidlik etmiş Reza Deqati dərc olunmamış fotoşəkillərdən ibarət seçilmiş kolleksiyası vasitəsilə qloballaşmaqda olan müasir cəmiyyətin yaşadığı bu zəngin diyarın mənzərəsini göstərir.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.