#Maraqlı

Azərbaycanda kişi sonsuzluğunun əsas səbəbləri - Uroloqdan

Jul 31, 19:15 / Mənbə: News.milli.az

Requlyar cinsi həyat yaşayan cütlükdə1 il ərzində hamiləliyin olmaması sonsuzluq sayılır. Statistikaya görə dünyada 8-15 % ailə cütlüyü sonsuzdur.20-30 il əvvəl hesab olunurdu ki,sonsuzluğun kişi faktoru 40%-dir,hazırda bu rəqəm 50% təşkil edir.Yəni,kişi sağlamlığı pisləşir və kişi sonsuzluğu artır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Bioloji Təbabət Klinikasının həkim uroloq androloqu Xalid Kərimov son zamanlar kişilərdə rast gəlinən sonsuzluq səbəblərini açıqlayıb.

- Kişi sonsuzluğuna gətirən faktorlar:

- Varikosele

Xaya venalarınınn əksər hallarda sol tərəfli,az hallarda iki tərəfli genişlənməsidir.

- Hormonal (hipoqonadizm)

Xayaların anadangəlmə inkişafdan qalması,əsas kişi cinsiyyət hormonu olan testosteronun miqdarının normadan aşağı olması.

- İnfeksiyalar

Cinsi yolla keçən infeksiyalar morfoloji sağlam spermatozoidlərin sayını azaldır və onların hərəkətini zəiflədir.

- Kriptorxizm

Xayaların xayalığa düşməməsi,qasıqda və ya qarın boşluğunda ilişib qalmasıdır.Bir tərəfli kriptorxizm 50% hallarda,ikitərəfli isə 100% sonsuzluğa gətirə bilir.

- Erektil disfunksiya (cinsi zəiflik)

Cinsi istəyin və ya ereksiyanın olmamasıdır.

- Sistem xəstəliklər

Böyrək və qaraciyər çatışmazlığı,piylənmə,şəkərli diabet və mukovissidoz sonsuzluğa gətirə bilər.

- Toxumdaşıyıcı axacağın daralması

Bu anadangəlmə və ya keçirilimiş cinsi infeksiyalardan sonra baş verə bilər.

- Diaqnostika spermaqramma analizi ilə başlayır,bundan savayı cinsi yolla keçən infeksiyaların yoxlanması,qanda hormonlar və xayaların ultrasəs müayinəsi də istənilə bilər.

- Müalicə taktikası sonsuzluğun səbəbi müəyyən edildikdən sonra seçilir.Varikosele,kritorxizm və toxumdaşıyıcı axacaqların daralması cərrahi yolla aradan qaldırılır,yerdə qalan hallarda isə dərman müalicəsi tətbiq olunur

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.