#Turizm

Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq istəyir

Jul 31, 18:33 / Mənbə: Report.az

Dövlət Turizm Agentliyi nümayəndəliklərinin coğrasiyasını daha da genişləndirmək istəyir.

Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq niyyətindədir: "Bizim digər prioritet bazarlarımız da var. Misal üçün, pandemiyadan öncə planlaşdırırdıq ki, Ukrayna, Cənubi Koreya və Yaponiyada belə nümayəndəliklərin açılması məsələsinə baxılsın. Əlbəttə pandemiyaya görə bu məsələlər bir az sonraya qalıb. Amma İsraildə açdığımız yeni nümayəndəlik həm də ona işarədir ki, artıq turizm bərpa olunur və yenidən bazarlarda birbaşa fəal iş başlayır”.

Hazırda Azərbaycanın İsraillə yanaşı Çin, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya və Almaniyada turizm nümayəndəlikləri var.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.