#Iqtisadiyyat

Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir (FOTO)

Jul 31, 17:55 / Mənbə: Az.trend.az

Bakı. Trend:

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov arasında görüş keçirilib. Mikayıl Cabbarov, həmçinin İsrailin xarici işlər naziri Yair Lapid, maliyyə naziri Aviqdor Liberman, inşaat və mənzil siyasəti naziri Zeev Elkin, regional əməkdaşlıq naziri Esavi Frejlə görüşüb.

Görüşlərdə yüksək texnologiyalar, rəqəmsallaşma, ali təhsil, xüsusilə informasiya texnologiyaları və kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, kənd təsərrüfatı, bərpa olunan enerji, ikitərəfli ticarətin genişləndirilməsi, vergi məsələləri, yeni əməkdaşlıq imkanları, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi, həmçinin azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr barədə müzakirələr aparılıb, İsrail şirkətlərinin layihələrdə iştirakda marağı ifadə olunub.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.