#Iqtisadiyyat

Onlayn sənəd almışıqsa, niyə onu kağıza çevirməliyik?

Jul 31, 18:02 / Mənbə: Qafqazinfo.az

Bir neçə gün əvvəl Qazaxa getmək istəyən Fatma xala üçün nəvələri Bakı Beynəlxalq Avtovağzalının saytından onlayn bilet almışdılar. Texnoloji inkişafdan xəbərsiz olan qadın “cırmağacırmaqla” bilet almağına sevincək olub nəvələrinə tərif də yağdırmışdı. Yola düşən günü tələsik özünü marşrut avtobusuna çatdıranda bəlli olmuşdu ki, onun bileti ləğv olunub. Səbəbi də odur ki, qadın onlayn biletini kağıza dəyişdirməyib. Sən demə, pasport nömrəsini və digər lazımi məlumatları yazıb bilet alandan sonra təzədən durub avtovağzala gəlməli, onlayn biletini kağıza çevirməlisən. İndi onu iki dəfə baha Qazaxa taksi axtaran nəvələri ilə birlikdə texnoloji inkişafı söyməkdən heç nə saxlaya bilməzdi.  

Fatma xalanın qarşıladığı problem təkcə avtovağzalla məhdudlaşmır. Digər dövlət qurumlarında da absurd və bürokratik əngəllər hələ də var. Məsələn, hansısa səbəbdən dövlət orqanlarına müraciət edərkən yeni nəsil şəxsiyyət vəsiqəsi olanlar da eyni problemi yaşayırlar. Həmin vəsiqələrdə doğulduğu yer, yaşadığı ünvan yazılmadığından dövlət qurumları vətəndaşdan bununla bağlı ayrıca arayış tələb edir. Və ya elektron bazada məlumatlar olsa da, hələ də iş yerlərində əmək kitabçası tələb olunur. 

Strateji Yol Xəritəsi hazırlanıb, amma...

Doğrudur, dövlət qurumlarında xidmətlərin elektron formaya çevrilməsi istiqamətində xeyli işlər görülüb. Azərbaycanda informasiya cəmiyyətinin formalaşması strateji məsələ kimi qarşıya qoyulub. Dövlət başçısının 2016-cı ildə imzaladığı sərəncamla “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanıb. Xəritənin hazırlanmasında ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişaf potensialının artırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi qarşıya məqsəd qoyulub. İKT xidmətlərinə olan tələbin daxili mənbələr hesabına effektiv qarşılanması və dövlət sektorunun fəaliyyətində İKT-nin tətbiqi ilə səmərəliliyin daha da artırılması məqsədilə telekommunikasiya sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınıb. Təxminən 15 ildir ki, dövlət qurumlarınnı rəqəmsallaşması, xidmətlərin elektrona çevrilməsi istiqamətində iş gedir. Lakin hələ ki, yüksək nəticə əldə olunmayıb. 

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz hesab edir ki, bu istiqamətdə görüləcək işlər daha çoxdur. Hələ də əksər sahələrdə vətəndaşlardan kağız formada sənədlər tələb olunur: “Biz görürük ki, vətəndaşlar müxtəlif xidmətlərlə bağlı “ASAN xidmət”ə axışırlar. Bunun özü elektron hökumətin mənfi göstəricisidir. İnsan nə qədər çox “ASAN xidmət”ə gedirsə, deməli bu elektron xidməti ala bilmir ki, ayaqla gedib növbə tutur, 3-4 saat vaxt itirir. Deməli elektron hökumət yerində deyil. Bu sahədə ciddi pronblem var. Dövlət qurumları özlərinin ayrı-ayrılıqda xidmətlərini elektronlaşdırıblar. Amma bunların inteqrasiyaları yoxdur”.

Elektron xidmətlərin əlçatanlığı təmin olunmayıb

Ekspert bildirir ki, bununla bağlı 2018-ci ildə Prezidentin imzaladığı xüsusi fərman var ki, bu dövlət qurumlarının bazaları bir-birinə inteqrasiya olunmalıdır ki, vətəndaş da hansısa dövlət qurumuna gedəndə digər dövlət qurumunda olan sənədi ondan istəməsinlər. Həmin sənədi internet üzərindən ala bilsinlər: “Bu gün “ASAN xidmət”ə  getsəniz, sizdən hansısa sənədi gətirmənizi istəyəcəklər. Desəniz ki, girin sistemə - elektron hökumət portalına, “my.gov.az”a orada arayış var, ad-soyad yazılıb, iş yeri, hərbi qeydiyyatı və sair qeyd olunub. Amma onlar deyirlər ki, yox, bu, bizə yaramır. Halbuki bu onların öz sistemləridir. Bu onun göstəricisidir ki, ayrılıqda müəyyən işlər görülsə də, onun inteqrasiyası və əlçatanlığı təmin olunmayıb”. 

O. Gündüzün sözlərinə görə, ikinci problem odur ki, hökumət qurumları, Elektron Hökumətin İnkişafı Mərkəzi nə varsa - bütün xidmətləri elektronlaşdırdılar. Əslində isə onun arxasında duran hüquqi-normativ baza səliqəyə salınmalı, optimallaşdırılmalıdır: 

“Təkcə bürokratik proses elektronlaşdırıldı ki, bu da doğru proses deyil. “ASAN xidmət”in tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzində 100 proqramist, 3 hüquqşünas var. Halbuki, bu tərsinə olmalı idi, bütün dünyada da tərsinədir. Elektron hökuməti hüquqşünaslar qurur, İT mütəxəssis, data-analitik isə dəstək verir. O qədər nəhəng elektron xidmətlər olsa da, normativ-hüquqi baza optimallaşmayıb, səliqə-səhman yoxdur, sadələşmə aparılmayıb. Əslində elə müsbət işlər görülüb ki, bəlkə də, arayışların 50 faizi bir anda ləğv oluna bilər. Əslində xidməti alan şəxs də düz edir, çünki onun qarşısındakı sənəddə yazılıb ki, siz bu xidməti almaq üçün hansısa arayışıalmalısınız. Bizdə bu 15 ildə görülən işlər onu deməyə əsas verir ki, o arayış sözü oradan çıxarılsın. Əgər yerində durursa, dövlət məmuru da bunu tələb edir”. 

Bu sahədə digər problem rəqəmsal maarifçiliklə bağlıdır. Bir çox hallarda isə elektron xidmət olsa belə, vətəndaş onu haradan əldə edəcəyini bilmir, rəqəmsal savadlılığı yetərli deyil. Bu məsələyə gəlincə isə, ekspert bildirir ki, əslində bununla bağlı büdcə ayrılanda vətəndaşı da hazırlamaqla bağlı büdcə ayrılmalı idi: “Hökumət kütləvi olaraq, rəqəmsal savadlılığın artırılması üçün iş aparmalıdır. Digər tərəfdən isə, yerlərdə intermnetin keyfiyyəti, əlçatanlığı da rəqəmsallaşmanın inkişafına təsir edən amillərdədndir. Əhalinin 50 faizi kəndlərdə yaşayır, onlar üçün də xidmətlər əlçatan olmalıdır”.

Gülnar Əliyeva

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "İnformasiya və Kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Xəbərin mənbəsi: Qafqazinfo.az

info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.