#Azərbaycanca

Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib - FOTO

Jul 31, 17:07 / Mənbə: News.day.az

Bu gün paytaxtda geniş daxili iməclik və gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən işlər zamanı 546 küçə dezinfeksiya olunub.

Eyni zamanda prospekt və küçələrin, səkilərin kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, məhəccərlərin, vitrin və reklam lövhələrinin, ağac və yaşıllıq zolaqlarının yuyulması həyata keçirilib, sınmış ağaclar budanıb, digər lazımı işlər həyata keçirilib.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.