#Digər-ölkələr

Əfqanıstanda yol-nəqliyyat hadisəsi nəticəsində 20 nəfər ölüb

Jul 31, 12:54 / Mənbə: Report.az

Əfqanıstanın şərqində yerləşən Laqman əyalətində baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində azı 20 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “TOLO News” telekanalı məlumat yayıb.

Hər iki hadisə Karqay qəzası ərazisində, paytaxt Kabil şəhəri və Nanqarhar əyalətinin inzibati mərkəzi olan Cəlalabad şəhərləri arasındakı yolda baş verib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.