#Futbol

Ronalduya "donuz" deyən stadion diktoru cərimələnib

Jul 30, 17:38 / Mənbə: Report.az

Portuqaliya Futbol Federasiyası "Draqau" stadionunun diktoru Fernandu Saulu 1 430 avro məbləğində cərimələyib.

"Report"un məlumatına görə, buna diktorun İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu və onun ailəsini təhqir etməsi səbəb olub.

"Portu" klubunun əməkdaşı Turin təmsilçisinə qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra instaqramda 36 yaşlı hücumçunun ünvanına təhqirəmiz ifadələr yazıb: "Biz italyan oğrulardan, donuz Ronaldudan "Draqau"da etdiyi hərəkətə görə intiqam aldıq. Dolores (futbolçunun anası = red.) və dişsiz ailəsindən video gözləyirəm"!

Qeyd edək ki, Portudakı ilk matçda 1:2 hesabı ilə uduzan "Yuventus" evdəki cavab görüşündə 3:2 hesablı qələbə qazansa da, turnirdə mübarizəni dayandırıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.