#Ikt

Bu il mikrosxem tədarükü 21 % arta bilər

Jul 30, 15:11 / Mənbə: Report.az

Bu il mikrosxem tədarükü ötən illə müqayisədə 21 % artaraq 391,2 milyard ədədə çata bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “IC Insights” analitik şirkətinin mikrosxem bazarına dair 2021-2025-ci illəri əhatə edən proqnozunda bildirilir.

Proqnozlaşdırılan dövr ərzində mikrosxem tədarükünün orta illik artım tempi 11 % olacaq. 2015-2020-ci illərdə bu göstərici 6 %-ə bərabər olub.

2019-cu ildə mikrosxem tədarükü 6 % azalıb, 2020-ci ildə isə 8 % artım qeydə alınıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.