#Fərdi

Tokio-2020: Azərbaycan boksçusu yarımfinala yüksəlib

Jul 30, 15:06 / Mənbə: Report.az

Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda türkiyəli Bayram Malkanla üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Dominges yarımfinala yüksəlib.

İlk raundda 5 hakimdən 3-ü Malkanın, digər ikisi isə Domingesin lehinə qərar verib. 2-ci və 3-cü raundda isə bütün hakimlər Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib.

İkinci hissənin sonunda türkiyəli boksçu noqdauna düşüb.

Qeyd edək ki, Alfonso Dominges 1/8 finalda özbəkistanlı Dilşodbek Ruzmetovu mübarizədən kənarlaşdırıb. O, finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.