#Turizm

"Türk Hava Yolları" yanğın olan bölgələrdəki azərbaycanlılara güzəşt edəcək

Jul 30, 14:23 / Mənbə: Report.az

"Türk Hava Yolları" (THY) şirkəti ölkənin Muğla və Antalya bölgələri başda olmaqla yanğın olan ərazilərə səfər etmiş sərnişinlərə müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə deyilir ki, həmin ərazilərə səfər edən yaxud həmin regiondan başqa ərazilərə səfər edən sərnişinlərə biletlərini başqa vaxta dəyişdirmək imkanı yaradılıb.

29-30 iyul tarixi üçün alınan biletləri avqustun 15-nə qədər olan müddətə yeniləmək olar.

THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas “Report”a açıqlamasında bildirib ki, bu qərar Azərbaycandan olan sərnişinlərə də aiddir.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.