#Region

Ukrayna meşə yanğınlarına görə Türkiyəyə təyyarə göndərəcək

Jul 30, 14:17 / Mənbə: Report.az

“Meşə yanğınlarının söndürülməsinə yardım məqsədi ilə Ukrayna Türkiyəyə təyyarə göndərəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından sonra bildirib.

“Dostum, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yanğının miqyası ilə bağlı səmimi başsağlığımı bildirdim. Ukrayna Türkiyəyə bütün vacib yardımları etməyə hazırdır. İyulun 30-da bizim yanğınsöndürən təyyarəmiz Türkiyəyə uçacaq. Ukrayna xalqı bu çətin günündə dost türk xalqı ilə bir yerdədir”, - V.Zelenski tviter səhifəsində yazıb.

Qeyd edək ki, iyulun 27-dən Türkiyənin cənub bölgələrində meşə yanğınları başlayıb. Hadisə nəticəsində 4 nəfər vəfat edib, 183 nəfər isə xəsarət alıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.