#Texnologiya

Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq |

Jul 30, 13:57 / Mənbə: Technote.az

    Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. Söhbət, Whatsapp, Messenger və Instagram-dan gedir. Bundan əlavə olaraq Oculus şirkəti də Facebook-un tərkibinə daxildir və bu şirkət virtual reallıq (VR) sahəsində innovativ məhsulları ilə tanınır. Facebook isə uzunmüddətli perspektivdə məhz virtual reallıq sahəsinə böyük təsir göstərmək istəyir. Bu texnologiya artıq uzun illərdir ki, Facebook yaradıcılarının maraqlarını cəlb edir. Mark Zuckerberg dəfələrlə bildirib ki, o, VR və AR (artırılmış reallıq) sahələrində müxtəlif məhsullar ilə təcrübələr aparır. Artıq məlumdur ki, Facebook Ray-Ban şirkəti ilə birlikdə “smartfon kimi çalışan” smart eynək üzərində çalışır.

    Lakin “smartfon kimi çalışan” cümləsinin hansı mənanı verdiyini indi söyləmək çətin məsələdir. Bu, VR və AR sahəsində olan ən iddialı layihələrdən biridir və o, hər iki şirkətin külli miqdarda vəsaitini sərf edir. Lakin Facebook bu layihənin artıq final mərhələsinə yaxınlaşır. Belə ki, Facebook-un ilk smart eynəyinin təqdimatı artıq gələn il baş tuta bilər. Mark Zuckerberg öz müsahibəsində bildirib ki, məişət texnikası sahəsində növbəti məhsul kateqoriyası məhz smart eynək olacaq. Şirkətin ilk smart eynək modeli xarici görünüşcə adi eynəyi xatırladacaq. Lakin buna baxmayaraq o, özünəməxsus dizaynı ilə seçiləcək.

Bənzər xəbər

Huawei şirkəti Kirin A1 prosessoruna sahib olacaq smart eynək üzərində çalışır

    Facebook-un əsas ideyası ondan ibarətdir ki, istifadəçilər smart eynəkləri gündəlik həyatda rəqəmsal dünya ilə qarşılıqlı əlaqə aləti kimi istifadə etsinlər. Təəccüblü deyil ki, şirkət smart eynəyin texniki özəllikləri barəsində heç bir məlumat verməyib. Facebook-un yeni məhsulu istifadəçiyə tam VR təcrübəni təqdim etməyəcək. Lakin çox güman ki, o, AR obyektləri istifadəçinin gözlərinə əks etdirə biləcək. Çətin ki, Facebook bu ilin sonuna kimi sözügedən smart eynəyin təqdimatını təşkil edə bilsin. Lakin həmin eynəyin gələn il təqdim olunmasına dair bütün şanslar var.i

Xəbərin mənbəsi: Technote.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.