#Təfsilat

Türkiyədə 63 yanğından 43-ü söndürülüb

Jul 30, 13:40 / Mənbə: Kaspi.az

İki gün ərzində ölkənin cənub bölgələrində baş verən 63 yanğından 43 -ü söndürülüb.

 

Trend xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabında etdiyi paylaşımda bildirib.

 

F.Altun "Dövlətimiz Meşələrimiz Üçün Səfərbərdir" başlığı ilə paylaşdığı görüntüyə meşə yanğınlarına müdaxilə etmək üçün istifadə olunan maşın və personal sayını daxil edib.

 

"Aidiyyətli qurum və təşkilatlar 4 minə yaxın personal, yüzlərlə vasitə və avadanlıq ilə 21 vilayətimizdə meşə yanğınlarına qarşı havadan və qurudan müdaxilə edir" ifadəlerini işlədən F.Altun iki gün ərzində baş verən 63 yanğından 43-nün nəzarət altında olduğunu və söndürmə işlərinin həssaslıqla davam etdiyini vurğulayıb.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.