#Cəmiyyət

Sumqayıtdakı yanğınla bağlı açıqlama - VİDEO

Jul 30, 13:04 / Mənbə: News.milli.az

Dünən gecə saatlarında Sumqayıtda məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlib.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Sumqayıt İcra Hakimiyyətinin rəsmisi Eyvaz Qocayev deyib.

Onun sözlərinə görə, illərdir toplanan tullantılar yer altında qazlaşmaya səbəb olur və nəticədə də yanğın baş verir:

"Hazırda Sumqayıt şəhərində məişət tullantılarının toplandığı ərazidə yanğın hallarının olmaması üçün torpaqlama və digər qabaqlayıcı tədbirlər görülür. Bununla bağlı icra hakimiyyəti yanında komissiya yaradılıb. İşçi qrup fəaliyyət göstərir. Həmçinin Sumqayıt şəhərində məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı sahəsində müasir standartlara cavab verən sistemin yaradılması və yeni texnologiyalara əsaslanan zavodun tikilməsi ilə bağlı ilkin layihələndirmə işləri həyata keçirilib və müvafiq dövlət qurumlarına təqdim olunub. Bu istiqamətdə də işlər davam etdirilir".

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.