#Təfsilat

Hava şəraiti ilə əlaqədar yaranan fasilələr işçinin əməkhaqqısına təsir etməməlidir - Ekspert

Jul 30, 12:41 / Mənbə: Kaspi.az

Havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

 

Trend xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin mühafizəsinə nəzarət şöbəsinin müdiri Vüsal Məmmədov deyib. Onun sözlərinə görə, belə olan hallarda iş ya dayandırılmalı, ya da işə müddətli fasilə verilməlidir.

"Fasilələr olduqda, bu, işçinin əməkhaqqısına təsir etməməlidir. İşlər tamamilə dayandırıldıqda isə işçiyə məvacib orta əməkhaqqının üçdə ikisindən az olmayaraq ödənilməlidir. Əgər işəgötürən Həmkarlar İttifaqının üzvüdürsə, fasilələr razılaşdırılmış qrafik əsasında tərtib edilir" - deyə, o bildirib.

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.