#Idman

Azərbaycan idmanının “ağır artilleriya”sı nə vaxt mübarizəyə qatılacaq? - TARİXLƏR

Jul 30, 12:00 / Mənbə: Oxu.az

Tokio Olimpidasında mübarizə aparacaq Azərbaycan idmanının “ağır artilleriya”sı, əsas medal ümidləri olan güləşçilərimizin çıxış cədvəli məlumdur.

Oxu.Az xəbər verir ki, Rafiq Hüseynov (yunan-Roma güləşi) və Elis Manolova (qadın güləşi) avqustun 2-də döşək üzərinə çıxacaq.

İslam Abbasov (yunan-Roma güləşi) avqustun 3-də, Turan Bayramov (sərbəst güləş) avqustun 5-də güləşəcək. Avqustun 6-da isə əsas medal ümidlərimiz Şərif Şərifov, Hacı Əliyev (hər ikisi sərbəst güləş) və Mariya Stadnik (qadın güləşi) güləş xalçasına çıxacaq.  

Qeyd edək ki, təsəlliverici və medal görüşləri bir gün sonra keçiriləcək. Görüşlər hər gün Bakı vaxtı ilə saat 06:00-da başlayacaq. Yarımfinallar 13:15-də, finallar isə 14:30-da start götürəcək.

Səbuhi Musayev

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.