#Bank

Azər Türk Bank kredit kampaniyasının müddətini uzatdı

Jul 30, 12:32 / Mənbə: Banco.az

Dövlət bankı Azər Türk Bank müştərilər üçün sərfəli şərtlərlə istehlak kreditləri üzrə kampaniyanın müddətinin 31 avqust 2021-ci il tarixinədək uzadılması barədə qərar vermişdir.

Kampaniya ərzində 3 aydan 48 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır.

Qeyd edək ki, 24 ayadək verilən kreditlər üzrə komissiya nəzərdə tutulmamışdır.

Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Ətraflı məlumatı https://atb.az/ saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.