#Cəmiyyət

Dəmir yolu vağzalında qadın bıçaqlanaraq öldürüldü

Jul 30, 12:04 / Mənbə: Oxu.az

Xaçmazda dəmir yolu vağzalı ərazisində qadın meyiti tapılıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Könül Nadir qızı Bayramova olduğu məlum olub.

Onun döş qəfəsinə və sağ qoluna bir neçə xəsarət yetirildiyi bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin artıq Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.