#Digər-ölkələr

Kolumbiyada etirazlar zamanı 6 polis əməkdaşı xəsarət alıb

Jul 30, 06:04 / Mənbə: Report.az

Kolumbiyanın paytaxtı Boqotada etirazçılarla toqquşmaların gedişatında azı 6 polis zərər çəkib.

“Report” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına istinadən "Tempo" qəzeti bildirib.

"Altı əməkdaş yaralandı, onları xəstəxanaya yerləşdirmək lazım gəldi", - Boqota polisinin rəhbəri Elieser Kamaço deyib.

Qarışıqlıqlar çərşənbə günü baş verib. Vandallıq aktlarına görə 13 nəfər saxlanılıb.

Kolumbiyada aprelin 28-də vergi islahatına qarşı nümayişlər başlayıb. Boqotada, Kalidə, Medelinada və başqa şəhərlərdə etirazlar olub. Bundan sonra hökumət islahat planlarına dəyişikliklər etməyə razılaşıb, ölkənin maliyyə naziri Alberto Karraskilya istefa verib, ancaq etirazlar davam edir.

Qarışıqlıqlar zamanı 2,3 mindən çox insan xəsarət alıb, azı 50 nəfər həlak olub.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.