#Digər-ölkələr

İsveçrədəki fıstıq meşələri Dünya İrsi Siyahısına salınıb

Jul 29, 19:41 / Mənbə: Report.az

İsveçrənin Solothurn və Tiçino kantonlarındakı qədim fıstıq meşələri UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib.

“Report” “Swissinfo”-ya istinadən xəbər verir ki, həmin ərazi siyahıdakı “Karpatlar və Avropanın başqa bölgələrindəki qədim və ibtidai fıstıq meşələri” bölümünə salınıb. Sözügedən bölümə həmçinin Fransa, İtaliya, Çex Respublikası, Polşa, Slovakiya, Serbiya, Monteneqro, Bosniya və Herzeqovina, Şimali Makedoniyada yerləşən daha 9 meşəli ərazi əlavə olunub.

“Bu genişləndirmə hazırda 18 ölkə boyu 94 tərkib hissədən ibarət bu sərvətin bütövlüyünü, məşhur ümumdünya zənginliyi daha da artırır” – deyə UNESCO-nun açıqlamasında qeyd olunur.

Qeyd edək ki, Solothurn kantonunda son 35 il ərzində təbiət qoruğu olan fıstıq meşəsində ayrı-ayrı ağacların yaşı 200-dən artıqdır.

Hazırda İsveçrə Dünya İrsi siyahısında dörd təbiət və 9 mədəniyyət maddəsilə təmsil olunur.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.