#Futbol

"Neftçi" - "Olimpiakos" matçında ilk hissə başa çatıb - YENİLƏNİB

Jul 28, 22:00 / Mənbə: Report.az

"Neftçi" və Yunanıstanın "Olimpiakos" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, birinci yarıdan sonra hesab Pirey təmsilçisinin xeyrinədir - 1:0.

"Neftçi" və Yunanıstanın "Olimpiakos" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Pirey təmsilçisi 15-ci dəqiqədə hesabı açıb. Qonaqların heyətində Giorqos Masuras fərqlənib.

"Neftçi" və Yunanıstanın "Olimpiakos" komandaları arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

"Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilən qarşılaşma saat 21:00-da start götürüb. Görüşü ispaniyalı FIFA referisi Rikardo de Burqos idarə edir.

Qeyd edək ki, Pirey şəhərindəki ilk matçda "Neftçi" rəqibinə 0:1 hesabı ilə uduzub.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.