#Digər-ölkələr

ABŞ-la Rusiya arasında strateji sabitliklə bağlı keçirilən görüş 7 saat davam edib

Jul 28, 20:49 / Mənbə: Report.az

ABŞ və Rusiya nümayəndələri arasında ikitərəfli strateji sabitlik dialoqu çərçivəsində Cenevrədə keçirilən görüş 7 saat davam edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 16-da prezidentlər Co Baydenlə Vladimir Putin arasında baş tutmuş görüşdə razılaşdırılmış, qapalı keçirilən danışıqlara ABŞ dövlət katibinin müavini Uendi Şerman ilə Rusiya xarici işlər naziri müavini Sergey Ryabkov rəhbərlik ediblər.

ABŞ Dövlət Departamenti danışıqların faydalı keçdiyini bildirib. Sentyabr ayında növbəti dəfə görüş keçirilməsi planlaşdırılır. Həmin vaxtadək qeyri-rəsmi məsləhətləşmələr keçiriləcək.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.