#Iqtisadiyyat

Unibank müştəriləri üçün yeni bir xidmət təqdim edir

Jul 28, 20:10 / Mənbə: News.milli.az

Leobank -bütün bank xidmətlərini və məhsullarını özündə birləşdirən "Unibank"ın bir mobil bankçılıq xidmətidir. İnnovativliyi və çoxfunksionallığı ilə seçilən bu mobil tətbiq, şəxsi vəsaitinizin idarəsini inanılmaz dərəcədə rahat edir.

"Leobank"ın məhsulları müasir "rəqəmsal" müştəriləri hədəf alıb və yeni bir marketinq strategiyası ilə bazara çıxarılacaq. Ukraynada monobank və Britaniyada koto-nun yaradıcısı olan Britaniya texnologiyalı Fintech Farm şirkətinin yeni rəqəmsal platforması əsasında hazırlanan Leobank, müştərilərini yeni fərdi bankçılıq aləti ilə təmin edəcək.

Müştərilərə təqdim olunan xidmətlər Revolut, Tinkoff və "monobank"dakı kimi tamamilə rəqəmsal olacaq.

Bu, bir sıra xidmətlərin qiymətini aşağı salmaq və ya tamamilə pulsuz etmək imkanı yaradacaq ki, nəticədə müştərilərimiz üçün bank xidmətlərinin xərclərinin xeyli azalmasına səbəb olacaq.

"Leobank"ın bazara çıxarılmasında məqsəd yeni bir müştəri seqmentini cəlb etmək, eyni zamanda Azərbaycan Respublikasında nağdsız ödənişlərin daha da inkişafına təkan verməkdir.

Leobank üçün xüsusi olaraq yaradılmış mobil tətbiqdə geniş bank xidmətləri təqdim olunub: pulsuz köçürmələr, rahat kommunal ödənişlər, kart ödənişlərinə görə "cashback" qazanmaq imkanı, maliyyə əməliyyatlarınıza daimi nəzarət. Xüsusi təlim keçmiş peşəkar dəstək əməkdaşları isə istənilən müştəri suallarına qeyd olunan kanallardan (WhatsApp, Facebook Messenger, Telegram), ya da telefonla cavab təqdim edəcəklər.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.