#Siyasət

Leyla Abdullayeva: “Ermənistandakı müəssisələr zəhərli tullantıları Oxçuçaya axıdır” - FOTO

Jul 28, 20:28 / Mənbə: Oxu.az

“Ermənistandakı hasilat və emal müəssisələri zəhərli tullantıları Oxçuçay çayına axıdaraq bölgənin ətraf mühitini zəhərləyir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

Onun sözlərinə görə, bu tullantılar çayın faunasını məhv edir və insan sağlamlığı üçün təhlükəlidir.

“İnsanlar və ətraf mühitin zəhərləndirilməsi dayanmalıdır!”, Azərbaycan XİN sözçüsü vurğulayıb.

❗️Extractive & processing enterprises in #Armenia are poisoning the environment of the region by dumping toxic waste into #OkhchuchayRiver. It destroys the river fauna & dangerous for human health. The poisoning of people &environment must stop now!#IamOkhchuchay#SaveOkhchuchay pic.twitter.com/itkrj4QJFj

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.