#Maraqlı

İnternetdə tanış olduğu kişini gecələməyə çağıran müğənninin başına iş gəldi

Jul 28, 19:54 / Mənbə: News.milli.az

Vladimir (şərti adı) məşhur opera müğənnisi kimi Rusiya və Avropanın tanınmış teatr səhnələrində çıxışları, çoxsaylı festival və müsabiqələrin laureatı kimi tanınır. Bununla yanaşı müəllimliklə də məşğul olur.

Milli.Az rus mediasına istinadən xəbər verir ki, məşhur müğənni oğurluğun qurbanı olub. Bir neçə gün əvvəl özünün ifadə etdiyi kimi, tanışlıq saytlarından birində maraqlı bir kişi ilə tanış olub. Bir müddət sonra da onlayndan offlayna keçməyi və onun evində görüşməyi təklif edib. Gecəni birlikdə keçiriblər. Necə yuxuya getdiyini hiss etməyən Vladimir səhər duranda tanışını evdə tapmayıb. Özündən sonra nə bir məktub, nə də işarə qoyub. Şkaflara baxanda isə bir neçə əşyasının yoxa çıxdığını müəyyən edib. Telefonu götürüb tanışına zəng etmək istəyəndə bankdan sms gəldiyini görür. Orada isə bildirilir ki, artistin adına kredit götürülüb, hesabından isə pul çıxarılıb. Dərhal da bu barədə polisə məlumat verən müğənni adının açıqlanmamasını xahiş edib.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.