#Dünya

Fransada əhaliyə satılan təbii qazın qiyməti yenidən artacaq

Jul 28, 20:15 / Mənbə: News.milli.az

Fransada avqustun 1-dən əhaliyə satılan təbii qazın qiyməti yenidən 5,3 faiz artacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyul ayında təbii qazın qiyməti 10 faiz artıb. "Yalnız mətbəxdə istehlak olunan təbii qazın qiyməti 1,6 faiz, su qızdırıcısından istifadə edənlər üçün 3,3 faiz və nəhayət evlərin qızdırılması üçün istehlak olunan təbii qazın qiyməti 5,5 faiz artacaq", - deyə enerji tənzimləmə komissiyası məlumat verib. Bildirilib ki, iqtisadi dirçəlişə, xüsusilə də son aylarda Asiyada qaza olan tələbata görə onun qiyməti artır. Eyni zamanda, Avropada hava şəraiti yaz fəslinə qədər çox aşağı temperaturda olduğuna görə Avropa anbarlarında təbii qaza böyük tələbatın yaranması, eləcə də Şimal dənizində istismar işləri və elektrik enerjisi istehsalı üçün qaz istehlakının çoxalması təbii qazın qiymətinin artmasının əsas amillərindəndir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.