#Region

Türkiyədə meşə yanğınının fəsadları artıb - YENİLƏNİB

Jul 28, 19:50 / Mənbə: Report.az

Türkiyənin Antalya şəhərində bu gün günorta başlayan meşə yanğınları nəticəsində 53 nəfər zərər çəkib.

“Report” “NTV”yə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmirli bildirib.

Əyalət səhiyyə müdiri Ünal Hülür 51 nəfərin xəstəxanalara yerləşdirildiyini, 47-sinin artıq evə buraxıldığını açıqlayıb.

Sakinlərin təxliyə olunduğu da diqqətə çatdırılıb.

Türkiyənin Antalya şəhərində meşə yanğını qeydə alınıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli TRT telekanalı məlumat verib.

Yanğına güclü isti səbəb olub. Güclü külək yanğının sürətlə yayılmasına şərait yaradıb. Antalya rəhbərliyi bunun indiyədək baş vermiş ən böyük yanğın olduğunu bildirib.

Yanğının turizm obyektləri üçün təhlükə törətmədiyi qeyd edilib.

Baş vermiş yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

Kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli hadisə yerinə yollanıb.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.