#Xarici-siyasət

Rusiya Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan sərhədindəki hadisələri müzakirə edib

Jul 28, 19:41 / Mənbə: Report.az

Rusiya Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V.Putinin sədrliyi ilə keçirilən toplantıda Rusiyanın sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Şuranın iclasında eyni zamanda, Azərbaycan və Ermənistan sərhədində baş verən son hadisələr, Əfqanıstandakı durum və beynəlxalq gündəmin digər aktual məsələləri müzakirə edilib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.