#Digər-ölkələr

İraqda 14 İŞİD silahlısı saxlanılıb

Jul 28, 19:27 / Mənbə: Report.az

İraqın Terrorizmlə mübarizə idarəsinin əməkdaşları ölkənin müxtəlif vilayətlərində “İslam dövləti” terror qruplaşmasının 14 silahlısını, o cümlədən ekstremistlərin rəhbərlərini saxlayıb.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın silahlı qüvvələr komandanının nümayəndəsi Yəhya Rəsul bildirib.

Onun sözlərinə görə, paytaxtda İŞİD dəstələrindən birinin Əbu Muaz ləqəbli rəhbəri ələ keçirilib. Onun həbsi hüquq-mühafizə orqanlarını terror şəbəkəsinin partlayıcı maddələr hazırlayan daha bir neçə üzvünə çıxarıb.

Daha 6 radikal Ənbar vilayətində ələ keçirilib. Yüksək gərginlikli xətləri partlatmağı planlaşdıran daha bir silahlı Salah-əd-Dində saxlanılıb. Yerli terror qruplaşmasının iki rəhbəri Süleymaniyyə vilayətində tutulub.

Hüquq-mühafizə orqanları ölkənin müxtəlif rayonlarında terrorçuların məhv edilməsi üçün reydlər aparırlar.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.