#Hadisə

Şirvanda anası ölən gənc həkimlərə əsəbləşib xəstəxananın şüşələrini sındırdı

Jul 26, 09:15 / Mənbə: Report.az

Şirvan xəstəxanasında xoşagəlməz hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

İlkin məlumata görə, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Zeynalov İmran Məmmədağa oğlu insult keçirmiş anasını xəstəxanaya gətirib və anası xəstəxanada dünyasını dəyişib.

Sonra M. Zeynalov xəstəyə həkimlər vaxtında müdaxilə etmədiyi üçün xəstəxananın qapı və pəncərələrin şüşəsini sındırıb.

Əldə etdiyimiz məlumata görə, artıq bu barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.