#Idman

Tokio-2020: Cüdoçumuz Rüstəm Orucov 1/4 finala yüksəldi

Jul 26, 08:46 / Mənbə: News.milli.az

08:46

Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, cüdoçumuz səkkizdəbir finalda Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Rəqibinə vazari xalı ilə qalib gələn R.Orucov dörddəbir finala vəsiqə qazanıb.

Qeyd edək ki, Rüstəm Orucov onaltıdabir finalda rusiyalı cüdoçu Musa Moquşkovu mübarizədən kənarlaşdırıb. Azərbaycan milli komandası "Tokio-2020"də 44 idmançı ilə təmsil olunur.

---------

08:30

Azərbaycanı təmsil edən cüdoçu Rüstəm Orucov Tokio-2020 yay Olimpiya oyunlarında mübarizəyə qələbə ilə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 73 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla qarşılaşıb. Rəqibinə qalib gələn R.Orucov 1/8 finala yüksəlib.

Qeyd edək ki, Rüstəm Orucov Azərbaycan komandasının bayraqdarlarından biridir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.