#Dünya

ABŞ-da yeddi gün ərzində silahlı insidentlərdə 430 nəfər öldürülüb

Jul 26, 08:40 / Mənbə: News.milli.az

ABŞ-da iyul ayının 17-dən 23-ə qədər silahlı insidentlərdə 430 nəfər həyatını itirib.

Trend-in TASS-a istinadən xəbər verir ki, bu qiymətləndirməni "Gun Violence Archive" təşkilatı təqdim edib.

Məlumata əsasən, qeyd edilən yeddi gün ərzində 915 insident baş verib, 430 nəfər atışmalar nəticəsində öldürülüb, 1007 nəfər yaralanıb.

Qeyd edilir ki, ABŞ-da 2020-ci ildə silahlı münaqişələr nəticəsində 43 min, carı ilin ilk yarısında isə 24 min sakin həyatını itirib. Bu rəqəm artmaqda davam edir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.