#Fərdi

Azərbaycan taekvondoçusu: "Rəqib səhvlərə yol verirdi"

Jul 26, 08:50 / Mənbə: Report.az

"Fəridə Əzizovanın (67 kq) uduzmasına çox pis oldum. Ona uğurlar arzulayıram. Mənim ilk döyüşümdə isə hələ bədən tam açılmamışdı və bir az çətinliklər var idi".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarının 1/8 final mərhələsində Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qalib gəldiyi görüşdən sonra deyib.

80 kq çəki dərəcəsində çıxış edən idmançı rəqibinin bəzi səvhlərə yol verdiyini bildirib: "Ümid edirəm ki, növbəti qarşılaşmalarım bundan yaxşı olacaq".

Hərçəqani 1/4 final mərhələsindəki potensial rəqiblərini tanıdığını sözlərinə əlavə edib: "Özbəkistanlı idmançı ilə iki dəfə görüşmüşəm. Birində qalib gəlsəm də, digərində məğlub olmuşam".

Qeyd edək ki, Milad Beigi Hərçəqani 1/4 final mərhələsində Nikita Rafaloviç (Özbəkistan) - Hernandes Moises (Dominikan Respublikası) cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.