#Dünya

İran prezidenti ölkə parlamentini sanksiyaların ləğvinə mane olmaqda ittiham etdi

Jul 26, 06:56 / Mənbə: Oxu.az

Öz postunu tərk etməyə hazırlaşan İran prezidenti Həsən Ruhani parlamenti ölkəyə qarşı tətbiq olunmuş iqtisadi sanksiyaların aradan qaldırılmasına maneə törətməkdə ittiham edib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, İran parlamentinin prezidiumu ölkə hökumətinin ABŞ-la birbaşa danışıqlar aparması imkanının məhdudlaşdırılması haqqında qanun layihəsini müzakirə edir. Sənədə əsasən, hökumət danışıqların mövzusunu əvvəlcədən parlamentlə razılaşdırmalı və onların baş tutması üçün icazə almalıdır.

Qeyd edək ki, hazırda Vyanada İran və Qərb dövlətləri arasında nüvə sazişinin bərpası və ölkəyə qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılması üzrə danışıqlar gedir. 

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.