#Cəmiyyət

Şabranda qadın sirkə turşusu içib, vəziyyəti ağırdır

Jul 26, 04:56 / Mənbə: Oxu.az

Şabran şəhərində 51 yaşlı qadın sirkə turşusu içib.

“Report” xəbər verir ki, hadisə şəhərin Vidadi Abdullayev küçəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü, Sevinc Əliverdi qızı Məmmədova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

S. Məmmədovaya zəruri ilkin tibbi yardım göstərilir.

Xəstəxanadan S. Məmmədovanın sirkəni təsadüfən içdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.