#Siyasət

Türkiyənin hakim partiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir - FOTO

Jul 26, 07:05 / Mənbə: News.milli.az

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) birinci müavini, Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, nümayəndə heyəti İçəri Şəhər Dövlət Qoruğuna gedib və qədim şəhərin tarixi abidələri ilə tanış olublar. Nümayəndə heyətini Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı müşayət edib.

Səfər çərçivəsində N.Kurtulmuş Azərbaycan Parlamentinin sədri Şəhidlər Xiyabanını ziyarət edəcək, Milli Məclisin spikeri Sahibə Qafarova və Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Tahir Budaqovla görüşəcək.

4 günlük səfər proqramında AKP və YAP-ın Türkiyə və Azərbaycanda birlikdə həyata keçirəcəkləri layihələr müzakirə olunacaq.

Səfər çərçivəsində N.Kurtulmuşun rəhbərlik etdiyi heyətin Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədovla və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşü də nəzərdə tutulub.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.