#Digər-ölkələr

Əfqanıstanda “Taliban”ın mövqeləri bombalandı

Jul 26, 07:26 / Mənbə: Report.az

ABŞ Hərbi Havva Qüvvələrinə məxsus təyyarələr Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək məqsədi ilə “Taliban” radikal qruplaşmasının mövqelərinə aviazərbələr endirib.

“Report” xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının komandiri, general Kennet Makkenzi deyib.

Onun sözlərinə görə, “Taliban” hücumlarına davam edərsə önümüzdəki həftələrdə də eyni addımlar atılacaq.

Öz növbəsində “Taliban” ABŞ-ı hava zərbələrinə görə təhdid edib.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.