#Digər-ölkələr

ABŞ-da son bir həftədə baş verən silahlı insidentlərdə 430 nəfər ölüb

Jul 26, 05:52 / Mənbə: Report.az

Son yeddi gün ərzində (17-23 iyul) ABŞ ərazisində 915 silahlı insident baş verib. Nəticədə azı 430 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə qeyri-kommersiya təşkilatı olan “Gun Violence Archive”in məlumatında deyilir.

Silahlı insdientlər zamanı 1007 nəfər güllə yarası alıb. Təşkilatın hesablamalarına görə, 2020-ci ildə ölkədə baş verən atışmalarda təxminən 43 min nəfər ölüb.

Bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Carı ildə ABŞ-da odlu silahdan istifadə nəticəsində 24 min şəxs həyatını itirib və bu say artmaqda davam edir.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.