#Fərdi

Tokio-2020: Triatlonçumuz 51 iştirakçı arasında 42-cidir - YENİLƏNİB

Jul 26, 03:05 / Mənbə: Report.az

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Tokio-2020 Yay Olimpiya Oyunlarında velosiped sürmə yarışını başa vurub. .

"Report"un məlumatına görə, 34 yaşlı idmançı 40 km-lik finişi 42-ci keçib. .

O, ilk mərhələdə 1500 m məsafəyə üzgüçülərin mübarizəsini 45-ci pillədə bitirmişdi.

Qarşıda Pevtsovu həlledici mərhələ - 10 km məsafəyə qaçış gözləyir.

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 34 yaşlı idmançı 1500 metr məsafəyə üzgüçülük yarışına qatılıb. O, mərhələni 45-ci pillədə bitirib.

Hazırda Pevtsov 40 km məsafəyə velosiped sürmə yarışında iştirak edir. 25 km məsafədən sonra ukraynalı legioner 51 iştirakçı arasında 43-cüdür.

Üçüncü mərhələdə isə o, 10 km məsafəyə qaçacaq.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.