#Mədəniyyət

İsmayıllıda Aprel döyüşlərinə həsr olunan rəsm müsabiqəsi onlayn keçirilib

Apr 05, 13:28 / Mənbə: 24media.az

24 Media xəbər verir ki,İsmayıllıda Heydər Əliyev Mərkəzi və İsmayıllı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan Aprel döyüşlərinə həsr olunan rəsm müsabiqəsi keçirilib.

Son vaxtlar respublikada fəaliyyət göstərən mədəniyyət müəssisələri də koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi şəraitində kütləvi tədbirlərin, görüşlərin, dərs prosesinin dayandırılması ilə əlaqədar fəaliyyətlərini əsasən internetin geniş imkanlarından istifadə etməklə qurmağa çalışır.

Bununla bağlı olaraq Heydər Əliyev Mərkəzi və Rəsm Qalereyasının elan etdikləri rəsm müsabiqəsi də virtual olaraq keçirilib. Müsabiqə hər iki müəssisədə fəaliyyət göstərən rəsm dərnəklərinin üzvləri arasında təşkil olunub. Müsabiqəyə təqdim olunan rəsmlərdə ordumuzun qəhrəmanlığı, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizin təbliği mövzuları əks olunub. Üç ən yaxşı rəsmin müəllifi mükafatlandırılacaq.

Xəbərin mənbəsi: 24media.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.