#Energetika

Azərbaycanın təbii qaz ixracı 57 faizdən çox artıb

Jul 17, 13:17 / Mənbə: Az.trend.az

Bakı. Fatimə Zülfüqar - Trend:

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan 10,348 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,3 faiz çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, yanvar-iyun aylarında ixrac olunan təbii qazın ümumi məbləği 1,586 milyard dollara yaxın olub.

Hesabat dövründə təbii qaz ixracı ölkənin ümumi ixracının 18 faizini təşkil edib.

Bu müddət ərzində Azərbaycan Avropa ölkələrinə 2,12 milyard kubmetr qaz ixrac edib.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.

Xəbərin mənbəsi: Az.trend.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.