#Araşdırmalar

Evdə qaldığımız günləri necə dəyərləndiririk? – ARAŞDIRMA

May 02, 15:53 / Mənbə: Banco.az

Tamara Mustafayeva, Banco.az

Koronavirus pandemiyasının səbəb olduğu evdə qalmaq və sosial məsafəni qorumaq demək olar ki, bütün vərdişlərimizi dəyişdirməyimizə səbəb olub.

Banco.az sizə Big Cat Research və Habitat tərəfindən həyata keçirilən araşdırmanın nəticəsində insanların evdə qaldıqları günləri necə dəyərləndirdiklərinə dair hesabatını təqdim edir.

Bu hesabata görə, insanlar bu müddətin əksər hissəsini fərdi inkişafa həsr ediblər. Ardınca serial və film izləmək və daha sonra da sosial şəbəkələrdə vaxt keçirmək gəlir.

Qadın və kişilər üçün göstəricilər isə fərqlidir. Belə ki, qadınlar evdə qaldıqları müddətdə kişilərin 9%-i nisbətində daha çox idman etməyə vaxt ayırıblar.

Serial və film izləməyə gəldikdə isə əgər pandemiyadan əvvəl gün ərzində 1-2 saatımızı bu fəaliyyətə ayırırdıqsa, karantin dövründə bu göstərici 3-4 saata çatıb.

Karantin dövründə kitab oxuyaraq vaxtını səmərəli keçirənlərin də sayı olduqca çoxdur. Xüsusən də, bir ay əvvəlki dövrlə müqayisədə kitab oxumağa ayırdığımız vaxt əsaslı dərəcədə artmışdır. Belə ki, bir ay əvvəl gün ərzində insanların kitab oxuma müddəti 1 saatdan az idisə, hazırda bu göstərici 3-4 saata qədər artıb.

Həmçinin oxu: Netflix-də bu ay yayımlanacaq serial və filmlər

Bizi sosial şəbəkələrdən izləyin!!

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.