#Dünya

Dünya şöhrətli fransalı məşhurlar erməni separatizminə açıq şəkildə dəstək ifadə edib - FOTO

Nov 21, 23:54 / Mənbə: News.milli.az

Fransanın məşhur "Le Figaro" nəşri Qarabağdakı erməni separatçılığını açıq şəkildə dəstəkləyən, yalan, böhtan və nifrət üzərində hazırlamış müraciəti imzalayan fransız rejissorların, yazıçıların, filosofların, aktyorların, musiqiçilərin, jurnalistlərin, müğənnilərin siyahısını yayımlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, müraciətin mətnindən açıq şəkildə Azərbaycan və Türkiyəyə qarşı yönəldiyi sezilir.

Müraciətin ümumi məğzi ermənilərlə həmrəylik, onların Qarabağdakı taleyi üçün narahatlıq, qondarma "1915-ci il soyqırımı"nın təkrarlanması, erməni separatçılığına dəstək, ümumiyyətlə, Azərbaycan və Türkiyənin məkrli planlarının olmasından ibarətdir.

Müraciət edənlərin siyahısında bütün dünyada məşhur olan Pyer Rişar, Jan Reno, Jülyet Binoş, Jan Düjarden, Alen Delon, Klod Leluş, Klaudiya Kardinale kimi şəxslərin adları var.  

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.