#Maraqlı

Jurnalist kodu sındırıb, qapalı keçirilən beynəlxalq konfransa qoşuldu – VİDEO

Nov 21, 23:30 / Mənbə: Oxu.az

Niderlanddan olan jurnalist Daniel Verlan Aİ müdafiə nazirlərinin qapalı video konfransına qoşulmağı bacarıb. O, Niderlandın Müdafiə naziri Ank Beyleveldin “Twitter”dəki fotoşəkilində altı rəqəmli kodun beşini götürüb, birini isə müstəqil şəkildə tapııb.

Bu barədə “Le Figaro” xəbər verib.

Bildirilir ki, jurnalist videokonfransa qoşulduqdan sonra kameraya əl yelləyib. Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin ondan qapalı iclasa qatıldığını bilib-bilmədiyini soruşduqda isə o, “Bəli, bəli, buna görə çox üzr istəyirəm. Mən Niderlanddan bir jurnalistəm”, - deyib.

Nəticədə ondan dərhal rabitəni kəsməsi xahiş olunub, o da istəyi yerinə yetirib.

Müdafiə nazirlərinin iclası isə kiber təhlükəsizlik məsələləri səbəbindən təxirə salınıb.

Niderlandın Baş naziri Mark Rutte baş verən hadisədən sonra nazirləri kiberhücumlara qarşı mühafizəyə daha çox diqqət etməyə çağırıb.

“Nazirlər bir daha “Twitter”də nə qədər diqqətli olmaq lazım gəldiyini anlamağa çalışmalıdırlar”, - deyə bildirib.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.