#Cəmiyyət

Bərdədə qəza nəticəsində iki nəfər ölüb, yaralananlar var - FOTO

Nov 21, 23:07 / Mənbə: Oxu.az

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bərdə-Tərtər yolunun Lager adlanan ərazisində baş verib.

Belə ki, “VAZ-2107” və “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-21011" markalı minik avtomobili yanıb.

Hadisə nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb. Xəsarət alanlar: Bərdə rayon sakinləri - 1986-cı il təvəllüdlü Rəhimli Rövşən Teymur oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Elgiz Edilxan oğlu və Tərtər rayon sakinləri - 1995-cil il təvəllüdlü Əliyev İsgəndər İsrail oğlu, 1989-cu il təvəllüdlü Abbasov Elşad Mübariz oğludur.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.