#Maraqlı

Dəmir Muxetdinov: Azərbaycan multikultural dövlətdir, bütün dini ənənələrə eyni dərəcədə hörmətlə yanaşır

Nov 21, 22:57 / Mənbə: News.milli.az

Bu gün tanınmış mədəniyyət xadimlərinin UNESCO-ya müraciəti barədə xəbərlə tanış olanda təəccübləndim. Rejissorlar, dirijorlar, musiqiçilər və yaradıcı elitanın digər nümayəndələri Dağlıq Qarabağ regionundakı xristian mədəni, bədii və memarlıq irsi abidələrinin qorunub saxlanması üçün onların Dünya İrs Siyahısına daxil olunmasını xahiş edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov öz "Facebook" səhifəsində paylaşıb.

O deyib: "Mədəniyyət xadimlərinin ayrı-seçkilik etməsi məni heyrətləndirdi: onlar açıq-aydın göstərirlər ki, qorunub saxlanması zəruri olan mədəni sərvət yalnız Dağlıq Qarabağdakı xristian məbədləridir, utanıb qızarmadan müsəlman abidələrinin təhqir olunmasına və məhv edilməsinə göz yumurlar. Qondarma "Dağlıq Qarabağ respublikası"nın ərazisində onilliklər ərzində qalmış 67 məsciddən 63-ü dağıdılıb! Yüzlərlə tarixi və mədəni abidələr zədələnib. Alban-udi kilsəsi tərəfindən əslində kimə mənsub olması mübahisə doğuran məbədlərin dağıdıla biləcəyinə eyhamları mən vicdansızlıq adlandırardım, xüsusən ona görə ki, Qarabağda onlarla, yüzlərlə müsəlman mədəni abidələrinin fəlakətli vəziyyətə düşməsinə tam etinasızlıq göstərilir.

Hər bir müşahidəçi bu məsələyə obyektiv yanaşarsa, o qeyd etməlidir ki, Azərbaycan multikultural dövlətdir, bütün dini ənənələrə eyni dərəcədə hörmətlə yanaşır. Bakıda dəfələrlə dünya dini liderlərinin zirvə görüşləri keçirilib. Əgər indiki Azərbaycan rəhbərliyi xristianlığa layiqincə münasibət göstərməsəydi patriarx Kirill yəqin ki, Prezident İlham Əliyevlə və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə ilə müntəzəm görüşməzdi.

Lakin Qarabağın tarixi irsinə UNESCO-nun diqqətinin cəlb edilməsi faktının özünü tamamilə düzgün hesab edirəm. Ümidvaram və inanıram ki, yaxın vaxtlarda 75 illiyini qeyd etmiş bu nüfuzlu beynəlxalq təşkilatın mütəxəssislərinin savadı və mədəniyyəti regionun tarixi irsinin bundan sonra qorunması üçün müvafiq ekspertizaya başlamaq və obyektlərin dini mənsubluğundan asılı olmayaraq obyektiv və qərəzsiz qərarlar qəbul etmək üçün kifayət edəcək".

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.