#Futbol

"Sabah" - "Səbail" matçının vaxtı açıqlandı

Nov 21, 23:27 / Mənbə: Report.az

Bəzi futbolçuların COVID-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınmış "Sabah" - "Səbail" oyununun vaxtı müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, görüş noyabrın 23-də keçiriləcək. "Bank Respublika Arena"dakı qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Səbail"in 4 futbolçusunda koronavirus testinin nəticəsi müsbət çıxdığı üçün bu günə nəzərdə tutulan oyunun təxirə salınmasına qərar verilmişdi.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.