#Sosial

Uşaq evində böyüyən əsgərimizin bircə arzusu var

Nov 21, 23:11 / Mənbə: 24media.az

Əlirzayev Elnur Yaşar oğlu 27.09.2020-ci ildən – Vətən Müharibəsi başlayan gündən ön cəbhədə mübarizə aparıb. İgid əsgərimiz cəbhədə mənfur düşmənə qarşı vuruşaraq Vətənə olan borcunu ödəyib. Azərbaycan xalqı bütünlüklə Elnur başda olmaqla əsgərlərimizə borcludur. Onların haqları heç bir şey ilə ödənməz. Çünki onlar illərdir həsrətində olduğumuz torpaqları düşmən tapdağından azad edib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev üçtərəfli bəyanatı xalqımıza çatdıran zaman yaşanılan sevinci paytaxt Bakıdan başlayaraq bütün regionlarımızda yaşayan insanlar böyük sevinc və coşqu hissi ilə qarşıladılar. Amma Elnur Əlirzayevin qazanılan uğurlara sevinəcək ailəsi yox idi. Belə ki, igidimiz Bakı şəhəri, Nizami rayonu 1 saylı uşaq evində böyüyüb, müxtəlif işlərdə çalışaraq özünü dolandırmağa çalışıb.

Onun sadəcə 1 arzusu var: gələcək ailəsini saxlamaq üçün bir ev. Azərbaycan xalqı hər zaman birlik göstərib. Gəlin, əsgərimizə dəstək olaq. Axı biz o və onun kimi igidlərin sayəsində evimizdə rahat yatırıq...

 

Xəbərin mənbəsi: 24media.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.